Mingəçevir Turizm Kollecində İstehsalat Təcrübəsinin müdafiəsi davam edir

Mingəçevir Turizm Kollecində İstehsalat Təcrübəsinin müdafiəsi davam edir.
Mingəçevir Turizm Kollecinin “Aqroturizm” ixtisası üzrə tələbələri ”Bio Garden” Aqro-Eko Turizm Məkanında istehsalat təcrübəsinin yekun müdafiəsini həyata keçiriblər.
Yekun müdafiədə Şəki Regional Turizm İdarəsinin rəhbər heyəti və əməkdaşları iştirak edib.
İstehsalat təcrübəsinin yekun müdafiəsində tələbələr həm bələdçilik bacarıqlarını, həm də fərdi aqroturizm təsərrüfatı layihələrini (aqroturizm konsepsiyası, marketinq planı, maliyyə planı və s.) nümayiş ediblər.








