AQROTURİZM
Aqroturizm iki iqtisadi sektora aid edilir: kənd təsərrüfatı və turizm. Kənd təsərrüfatı məhsulu istehsal etməklə yanaşı, o, turistlərə turizm məhsulu və ya xidməti də təklif edir.
Aqroturizm təsərrüfat sahiblərinə ziyarətçilərə həyat tərzi haqqında maarifləndirmək və kənd təsərrüfatı irsini başqaları ilə bölüşmək imkanını yaradır. Aqroturizm ixtisasından məzun olacaq tələbələr bu təsərrüfatların turizm sahəsinə inteqrasiyasının idarə edilməsində aparıcı rol oynaya biləcəklər. Aqroturizm təsərrüfatlarının idarə edilməsində aktiv iştirak edəcəklər
Bu ixtisas üzrə harada çalışmaq olar?
- Dövlət Turizm Agentliyi
- Azərbaycan Turizm Bürosu
- Destinasiya Menecmenti Təşkilatları
- Turizm agentlikləri
- Ekskursiya büroları
- Aqoturizm təsərrüfatları
- İcma turizm təsərrüfatları
- Sərbəst aqroturizm bələdçiləri
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- kommunikativ bacarıqlar
- əqdimat bacarıqları
- rəqəmsal texnologiyalardan istifadə etmək bacarıqları
- biznes və strateji planlaşdırma
- hədəf təyin etmək
- problem həll etmək
- təşəbbüskarlıq
- komanda ilə işləmək
- tənqidi təfəkkür
- analiz etmək
- sosial və ekoloji məsuliyət
- müştəri məmnuniyyəti formalaşdırmaq
- satış taktikaları və bacarıqları,
- satış kanalları ilə işləmək
İxtisasın gələcəyi
Arqoturizm ixtisası yeni və böyük perspektivləri olan ixtisasdır. Ölkə rəhbərliyi tərəfindən diqqət altında olan kənd təsərrüfatının turizm sahəsinə inteqrasiyasi prosesində olan ölkəmizdə aqroturizm üzrə mütəxəssislərə gələcək illərdə çox böyük tələbat yaranacaqdır.