HAQQIMIZDA

8466
MƏZUN SAYI
160
İŞÇİ HEYƏT
1640
TƏLƏBƏ SAYI
8
İXTİSAS

“ Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.”

Ümummilli lider Heydər Əliyev

Mingəçevir Turizm Kolleci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 101 nömrəli 10 aprel 2006-cı il tarixli əmri ilə Mingəçevir şəhərində Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09 iyun 2006-cı il tarixli 1106 A2 447 nömrəli şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarına əsasən Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilmiş və Turizm kollecində mütəxəssis hazırlığı əyani və qiyabi təhsil formaları üzrə aparılır.

  2006-2019-cu illər ərzində kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılmışdır:

  • “İbtidai sinif müəllimliyi”
  • “Bədən tərbiyəsi və idman”
  • “Mühasibat uçotu”
  • “Turist, mehmanxana  təsərrüfatının təşkili və idarə olunması”
  • “Turizm və onun təşkili”
  • “Turist və sanatoriya-kurort komplekslərində tibbi xidmətin təşkili”
  • “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”
  • “Nəqliyyatda daşımaların təşkili”
  • “Məktəbəqədər təlim və tərbiyə”
  • “Bələdçilik işi”
  • “Muzey işi və abidələrin mühafizəsi”
  • “Reklam işi”
  • “İngilis dili”
  • “Turizm iqtisadiyyatı”
  • “Mehmanxana, turist-sanatoriya və kurort komplekslərində iaşə və servis”
  • “Dizayn”

  Hal-hazırda kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir:

  • “Mühasibat uçotu”
  • “Turist, mehmanxana  təsərrüfatının təşkili və idarə olunması”
  • “Turizm və onun təşkili”
  • “Nəqliyyatda daşımaların təşkili”
  • “Bələdçilik işi”
  • “Muzey işi və abidələrin mühafizəsi”
  • “Mehmanxana, turist-sanatoriya və kurort komplekslərində iaşə və servis”
  • “Turizm iqtisadiyyatı”

Cari tədris ilində Mingəçevir Turizm Kollecində 1298 nəfər əyani , 342 nəfər isə qiyabi formada olmaqla cəmi 1640 nəfər olmaqla təhsil alır.

Mingəçevir Turizm Kollecinin qarşısında duran başlıca vəzifə turizm sənayesi üçün hərtərəfli və bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. Bu illər ərzində kollecin 8466 nəfərədək məzunu ölkə turizminin müxtəlif sahələrində əmək fəaliyyəti ilə məşğul olur.

Kollecin aşağıda qeyd olunmuş xarici təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaratmışdır: Şotlandiyanın Stevenson, Rusiyanın Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın “Almatı Dövlət Texnologiya və Menecment, Sankt Peterburq Turizm və Mehmanxana Servisi kollecləri, həmçinin Belarus Respublikasının Polotsk Dövlət Universiteti və Brest Dövlət Texniki Universiteti. Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti, Fransanın Qrenobl Akademiyası ilə birgə bir sıra beynəlxalq təhsil layihələri həyata keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin 2019-cu ilədək yerləşdiyi binanın infrastrukturu Kollecin tələbə sayına və tədrisin keyfiyyətinin artırılmasına tam cavab verə bilmirdi. Bununla bağlı, Əmlak Məsələləri Dövlət Komitəsi və Təhsil Nazirliyi ilə danışıqlar əsasında 2019-cu ilin oktyabr ayından etibarən Mingəçevirdə yerləşən keçmiş “İstək” liseyinin binası icarə əsasında Mingəçevir Turizm Kollecinə verilmişdir. Binada aparılmış ilkin təmir və təmizlik işlərindən sonra 2020-2021-ci tədris ilinin ikinci semesterindən (fevral ayından) etibarən Kollec yeni binaya köçürülmüş və tədrisə başlanmışdır. Yeni binanın ümumi sahəsi 4937 m2-dir – 43 sinif otağı, 15 inzibati otaq, yeməkxana, kitabxana, konfrans otağı, kompyuter zalı, geniş həyətyanı sahəsi, idman meydançası vardır.

Kollecin inkişaf etdirilməsi ilə bağlı görülməsi nəzərdə tutulmuş işlər çərçivəsində tələbə qəbulu sayının yeni bina infrastrukturunun imkanlarına uyğun olaraq optimallaşdırılması planlaşdırılır. Bu da beynəlxalq standartlara uyğun daha yüksək səviyyəli tədrisin təşkilinə şərait verəcək mühüm istiqamətdir.

RƏHBƏR-İNZİBATİ HEYƏT

mtk-az

Direktor
IMG_2081

Kamal Əhmədov

Direktor vəzifəsini icra edən
IMG_2128

Ceyhun Abdullayev

Tədris şöbəsinin müdiri vəzifəsini icra edən
IMG_2621

Vəsilə Hüseynova

Baş mühasib
mtk-az

İnsan resursları şöbə müdiri
IMG_2116

Samirə Abbasova

Əyani və qiyabi təhsil üzrə şöbə müdiri