TEZ-TEZ VERİLƏN SUALLAR

SUALLAR

2019-cu ilin oktyabrında Mingəçevir Turizm Kolleci Mingəçevir şəhər 20 Yanvar küçəsi 12-də yerləşən sabiq “İstək” liseyinin binasına köçürülmüşdür.
Mingəçevir Turizm Kolleci 2006-cı ildən 2018-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyun 2018-ci il tarixli 255 nömrəli qərarına əsasən Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilmişdir.
Mingəçevir Turiz Kollecinə Tələbə qəbulu tam orta təhsil və ümumi orta təhsil bazalarında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Tam orta təhsil bazasından qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubliksının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları” əsasında həyata keçirilir. Ümumi orta Təhsil bazasından qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubliksının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları” əsasında həyata keçirilir.
Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 saylı əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” ilə tənzimlənir. Balların bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir: -50 bal imtahan nəticəsinə görə -10 bal dərslərə davamiyyətinə görə -10 bal tələbənin sərbəst işinə görə -30 bal seminar (məşğələ) dərslərin və kollokviumların nəticələrinə görə Tam orta təhsil bazasından qəbul olan tələbələrin I yarımili başa çatdıqdan sonra, ümumi orta təhsil bazasından qəbul olan tələbələrin isə II yarımili başa çatdıqdan sonra Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında təqaüd alırlar. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 91-100 bal olan tələbələr “əlaçı”, 71-100 bal olan tələbələr “həvəsləndirici”, 51-100 bal olan tələbələr isə “adi” təqaüd alır. Akademik borcu olan tələbələr isə təqaüd ala bilmir.
Xeyr, Kollecdə yataqxana imkanı nəzərdə tutulmayıb.
Tələbələrin asudə vaxtı kitabxanada qiraət etməklə, əyləncəli və intellektual oyunlarda, idman yarışlarında və s. iştirak etməklə təşkil olunur.
Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrların elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Məlumatlar tam olmadıqda subbakalavrlar kollecə müraciət etməli və məlumatların sistemə daxil olunmasını təmin etməlidirlər. Müsabiqədə iştirak ödənişsizdir.
ÜMOG (ümumi orta müvəffəqiyyət göstəricisi )balı yüksək olan tələbələr təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisas üzrə ballarına uyğun ali məktəblərdə təhsil ala bilərlər.

SUALINIZ VARSA BUYURUN