Mingəçevir Turizm Kollecinin tələbələri “9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə keçirilən bayraq yürüşündə iştirak edib

Mingəçevir Turizm Kollecinin tələbələri “9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə keçirilən bayraq yürüşündə iştirak edib
9 noyabr 2026-cı il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “9 Noyabr – Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bir kərə qalxan bayraq bir daha enməz!” devizi altında bayraq yürüşü keçirilib.
Mingəçevir Sənaye Parkının qarşısından başlayan yürüşdə Mingəçevir Turizm Kollecinin müəllim və tələbə kollektivi də fəal iştirak edib.
Vətənə, dövlətə və milli dəyərlərimizə bağlılığın təcəssümü olan yürüş iştirakçıları üçrəngli Azərbaycan Bayrağını böyük qürur və fəxarətlə dalğalandırıblar.











