Mingəçevir Turizm Kollecində Türkiyə Respublikasında istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə kollec rəhbərliyinin görüşü keçirilib

Mingəçevir Turizm Kollecində Türkiyə Respublikasında istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə kollec rəhbərliyinin görüşü keçirilib.
Görüş zamanı kollecin direktoru Kamal Əhmədov tələbələrlə səmimi söhbət apararaq onların xarici ölkədəki təcrübə müddətində qazandıqları bilik və bacarıqlar, əldə etdikləri peşəkar təcrübə və qarşılaşdıqları yeniliklərlə maraqlanıb.








