8 Noyabr – Zəfər Gününə həsr edilmiş ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin UGİŞM-in komandaları arasında Mingəçevir şəhər turnirləri təşkil edilib

4 noyabr 2026-cı il –
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş yarışların keçirilməsi qaydalarına uyğun olaraq, 8 Noyabr – Zəfər Gününə həsr edilmiş ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin UGİŞM-in komandaları arasında Mingəçevir şəhər turnirləri təşkil edilmişdir.
Turnirlərdə Mingəçevir Turizm Kollecinin tələbələri də iştirak etmişlər. Kollecin 10 nəfərdən ibarət qızlar komandası yarışda uğurla çıxış edərək II yerə layiq görülmüşdür.
Eyni zamanda, turnirdə I yerə layiq görülən milli komandanın heyətində Mingəçevir Turizm Kollecinin iki tələbəsi – Həsənzadə Ruhin və Vəliyeva Elgün də təmsil olunmuşdur.






