“Bir gün rəhbərliklə” layihəsi çərçivəsində Mingəçevir Turizm Kollecində gənclərlə görüş keçirilib

“Bir gün rəhbərliklə” layihəsi çərçivəsində Mingəçevir Turizm Kollecində gənclərlə görüş keçirilib.
Görüşdə kollecin rəhbəri Kamal Əhmədov gənclər qarşısında maraqlı çıxış edərək təhsil, turizm sahəsinin imkanları, gələcək perspektivlər və gənclərin inkişafı ilə bağlı faydalı məlumatlar verib.
Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş gənclərin yeni biliklər əldə etməsi, təcrübə qazanması və gələcək hədəflərini müəyyənləşdirməsi baxımından maraqlı və faydalı olub.













