• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecində 24 aprel 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tələbələrin iştirakı ilə dəyirmi masa təşkil olunub

Mingəçevir Turizm Kollecində 24 aprel 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tələbələrin iştirakı ilə dəyirmi masa təşkil olunub

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Aprel 24, 2025

Mingəçevir Turizm Kollecində 24 aprel 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tələbələrin iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbirə Mingəçevir şəhər Yeni Azərbaycan Partiyasının sədri Bəxtiyar Mustafayev dəvət olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İlk olaraq Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır və Azərbaycanın dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsinə, həmçinin, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəliklərin önə çəkilməsinə xidmət edir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədri Bəxtiyar Mustafayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hər birimizə tövsiyəsi belədir: “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.” Həmçinin onu da qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində konstitusiyada əks olunmuş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin reallaşması təmin olunub.

Tədbir Kollecin Tədris şöbəsinin müdiri, tarixçi Ceyhun Abdullayevin, tarix müəllimi Məleykə Vəliməmmədovanın və kollec tələbələrinin çıxışları ilə davam edib. Tədbirin sonunda kollecin Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan əməkdaşlarına partiyanın üzvlük vəsiqələri təqdim olunub.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

23 aprel 2025 – ci il tarixində Mingəçevir Turizm Kollecində müəllimlər üçün “Hitech İnvest MMC” şirkətinin icraçı direktoru Orxan Nadirov tərəfindən ustad dərsi keçirilib
Aprel 24, 2025

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecinin fəaliyyəti və mövcud ixtisasların tanıtımı məqsədilə yaradılmış "Təbliğat qrupu"nun növbəti görüşü 24 aprel 2025-ci il tarixində Qəbələ şəhərində təşkil olunub
Aprel 25, 2025

Bəyənə biləcəyiniz xəbərlər

651782873_18084608687245590_8515865664647840939_n
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının 10 illiyinə həsr edilmiş “Gənclərin inkişaf və liderlik zirvəsi – 2026” tədbirində iştirak ediblər
13 Mart, 2026
649941333_18084380123245590_9071266327686556946_n
Mingəçevir Turizm Kollecində 10 mart 2026-cı il tarixində profilaktik-maarifləndirici tədbir təşkil olunub.
10 Mart, 2026
648389315_18083764652245590_1457810601511134389_n
Mingəçevir Turizm Kollecində 5 mart 2026-cı il tarixində “Women in Tech Azerbaijan” təşkilatı tərəfindən “Rəqəmsal mühitdə qadın və gələcək” mövzusunda təlim keçirilib
6 Mart, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının 10 illiyinə həsr edilmiş “Gənclərin inkişaf və liderlik zirvəsi – 2026” tədbirində iştirak ediblər
13Mar2026
Mingəçevir Turizm Kollecində 10 mart 2026-cı il tarixində profilaktik-maarifləndirici tədbir təşkil olunub.
10Mar2026
Mingəçevir Turizm Kollecində 5 mart 2026-cı il tarixində “Women in Tech Azerbaijan” təşkilatı tərəfindən “Rəqəmsal mühitdə qadın və gələcək” mövzusunda təlim keçirilib
06Mar2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.