Dövlət Turizm Agentliyinin rəhbərliyi və turizm işçiləri Fəxri xiyabanı ziyarət ediblər

29 sentyabr – Turizm işçilərinin peşə bayramı ilə əlaqədar Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri tərəfindən Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edilərək onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.














