• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Prezident İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix İyun 13, 2024

Prezident İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.

Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən – Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.

Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.

Mənbə: President.az

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən hər il qeyd olunan "18 may - 18 iyun insan hüquqları aylığı" çərçivəsində Mingəçevir Turizm Kollecində tələbələr üçün "İnsan hüquqları " adlı maarifləndirici tədbir keçirilib .
İyun 13, 2024

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 - 2026-cı illər üçün Milli Fəaliyyət Planı" na uyğun olaraq maarifləndirici tədbir keçirilib.
İyun 14, 2024

Bəyənə biləcəyiniz xəbərlər

575754017_18072775955245590_9091026604390969165_n
12 noyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
12 Noyabr, 2025
573700747_18072220046245590_7847529133043391483_n
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Kapital Bank” ASC-nin, “Qırmızı Ürəklər” Fondunun və “PMD Group”un birgə həyata keçirdiyi “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində şəhərin şərq giriş qapısı yaxınlığındakı yaşıllıq zolağında, 280 metrlik ərazidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə şam ağacları əkiblər. Bu məqsədlə təşkil olunan ağacəkmə aksiyasında kollecin tələbələri fəal iştirak ediblər.
7 Noyabr, 2025
574481467_18072204488245590_6499658051526575400_n
Mingəçevir Turizm Kollecində 6 noyabr 2025-ci il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib
7 Noyabr, 2025

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

12 noyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
12Noy2025
Mingəçevir Turizm Kollecinin müəllim və tələbələri Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Kapital Bank” ASC-nin, “Qırmızı Ürəklər” Fondunun və “PMD Group”un birgə həyata keçirdiyi “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində şəhərin şərq giriş qapısı yaxınlığındakı yaşıllıq zolağında, 280 metrlik ərazidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə şam ağacları əkiblər. Bu məqsədlə təşkil olunan ağacəkmə aksiyasında kollecin tələbələri fəal iştirak ediblər.
07Noy2025
Mingəçevir Turizm Kollecində 6 noyabr 2025-ci il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib
07Noy2025

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.