Mingəçevir Turizm Kollecində ilk dərs saatları 27 Sentyabr – Anım Gününə həsr olunub

Mingəçevir Turizm Kollecində ilk dərs saatları 27 Sentyabr – Anım Gününə həsr olunub
27 Sentyabr – Anım Günü ilə əlaqədar Mingəçevir Turizm Kollecində tədris gününün ilk dərs saatları şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Dərslər zamanı müəllimlər 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən 3000-dən çox şəhidimizin qəhrəmanlığından, qazilərimizin göstərdiyi şücaətdən bəhs ediblər. Tələbələrə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və Vətən uğrunda göstərdikləri fədakarlıq barədə məlumat verilib.
Dərslər zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin qəhrəmanlığı daim yaddaşımızda yaşayacaq və gələcək nəsillərə örnək olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🇦🇿









