Mingəçevir Turizm Kollecində buraxılış qruplarının istehsalat təcrübəsi üzrə yekun hesabat müdafiəsi uğurla davam edir

Mingəçevir Turizm Kollecində tədris qrafikinə və ixtisas proqramlarına uyğun olaraq, 2025/2026-cı tədris ilinin buraxılış qrupları tələbələrinin istehsalat təcrübəsi üzrə yekun hesabatlarının müdafiə prosesi 22 iyun 2026-cı il tarixində uğurla həyata keçirilmişdir.
Müdafiə mərhələsində kollecin “Muzey işi və abidələrin qorunması”, “Rekreasiya, idman və sağlamlıq turizmi”, “Mühasibat uçotu” ixtisasları üzrə sonuncu kurs tələbələri komissiya qarşısında çıxış edərək istehsalat hesabatlarını müdafiə ediblər. Tələbələr təcrübə müddətində əldə etdikləri praktiki bacarıqları və daxili nizam-intizam qaydalarına uyğun fəaliyyətlərini əks etdirən təqdimatlarını diqqətə çatdırıblar.
Müdafiə prosesində 2 aprel 2026-cı il tarixli əmrlə təsdiq olunmuş Təcrübə Qiymətləndirmə Komissiyasının sədr və üzvləri ilə yanaşı, Mingəçevir şəhərində fəaliyyət göstərən “HiTech İnvest” MMC-nin nümayəndəsi də müdafiədə iştirak edib. Təcrübə müdafiəsi zamanı tam şəffaflığı, obyektivliyi və aşkar qiymətləndirməni təmin etmək məqsədilə prosesin fasiləsiz videoçəkilişi həyata keçirilib.
Müdafiəni uğurla başa vuran bütün tələbələrimizi təbrik edir, onlara gələcək peşəkar karyeralarında uğurlar arzulayırıq!















