Mingəçevir Turizm Kollecinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planı çərçivəsində “Rəqəmsal suverenliyin təmin edilməsi üçün dövlətlər öz texnoloji platformalarını yaratmalıdır” mövzusunda maraqlı və düşündürücü debat təşkil olunub.

Mingəçevir Turizm Kollecinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planı çərçivəsində kollecin tələbələri və Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllülərinin iştirakı ilə “Rəqəmsal suverenliyin təmin edilməsi üçün dövlətlər öz texnoloji platformalarını yaratmalıdır” mövzusunda maraqlı və düşündürücü debat təşkil olunub. Finalda Mingəçevir Turizm Kollecini təmsil edən “Süni İntellekt” komandası ilə Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin “Triofakt” komandası qarşılaşıb. Gənclərin fəal iştirakı ilə keçən tədbirdə ölkəmizin konstitusiya dəyərləri, hüquqi suverenliyi və bu prinsiplərin cəmiyyət həyatındakı əhəmiyyəti geniş şəkildə müzakirə edilib. Debat gənclərin hüquqi maarifləndirilməsi və vətəndaş fəallığının artırılması baxımından böyük maraq doğurub.
















