Mingəçevir Turizm Kollecində “Aqroturizmin əsasları” mövzusunda bir günlük təlim təşkil olunub.
Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin və Mingəçevir Regional Turizm İdarəsinin birgə əməkdaşlığı çərçivəsində kollecin tələbələri üçün “Aqroturizmin əsasları” mövzusunda bir günlük təlim təşkil olunub. Təlimdə Mingəçevir Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev tələbələrə turizmin baza anlayışları əsasında “Aqroturizm” də istifadə olunan əsas anlayışlar haqqında geniş və ətraflı məlumat verib. Təlimdə aqroturizm təcrübələri, aqroturizm təsərrüfatına başlamaq üçün daxili və xarici resursların qiymətləndirilməsi, maliyyə kanallarının axtarışı, biznes planın yazılması, marketinq strategiyasının qurulması mövzularına xüsusi diqqət yetirilib. Mövzuların daha yaxşı mənimsəməsi üçün müxtəlif qrup işləri, case studylər, fikir mübadilələri aparılıb . Bu istiqamətdə təlimlərin davamlılığını təmin etmək üçün tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.