Mingəçevir Turizm Kollecində 27 may 2025-ci il tarixində Kapital Bank Mingəçevir filialının direktoru Səbuhi Muxtarov tələbələrin qonağı olub

Mingəçevir Turizm Kollecində 27 may 2025-ci il tarixində Kapital Bank Mingəçevir filialının direktoru Səbuhi Muxtarov tələbələrin qonağı olub.
Görüşdə Səbuhi Muxtarov “Peşəkar karyera və uğurlu biznes hekayəsi” mövzusunda çıxış edərək şəxsi təcrübəsini bölüşüb. O, karyera planlaması və biznesdə uğur qazanmağın əsas prinsipləri barədə geniş məlumat verib. Çıxışı zamanı tələbələrə özlərini inkişaf etdirmək, məqsəd qoymaq və daim yeniliyə açıq olmaqla bağlı dəyərli tövsiyələr səsləndirib.
Tədbirin yekununda Səbuhi Muxtarov tələbələri maraqlandıran sualları cavablandırıb.













