Mingəçevir Turizm Kollecində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş intellektual yarış keçirilib

Mingəçevir Turizm Kollecində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş intellektual yarış keçirilibMingəçevir Turizm Kollecində 16 Oktyabr tarixində – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tələbələr arasında intellektual yarış təşkil olunub.Tələbələr Azərbaycanın müstəqillik tarixi, dövlətçilik ənənələri və milli dəyərləri ilə bağlı sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Tədbir tələbələrin dünyagörüşünün genişlənməsinə, komanda ruhunun və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verib.Qeyd edək ki, 18 Oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.









