Mingəçevir Turizm Kollecində fövqəladə hallar və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Mingəçevir Turizm Kollecində fövqəladə hallar və yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Mingəçevir Turizm Kollecində yanğın təhlükəsinin qarşısının alınması, yanğın zamanı ilkin təhlükəsizlik tədbirləri və təxliyə qaydaları, qaz və tüstüdən zəhərlənmə hallarının qarşısının alınması, insanların həyat və sağlamlığının qorunması, eləcə də tələbələrdə fövqəladə hallar zamanı düzgün davranış vərdişlərinin və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması məqsədilə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin və Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak ediblər.
Maarifləndirmə tədbirində daxili xidmət mayoru Azər Mahmudov, daxili xidmət baş leytenantları Əli Bədəlov və Xəyyam Mahmudov, həmçinin Mingəçevir Turizm Kollecinin Mülki müdafiə qərargahının rəisi Ağa Alıyev iştirak ediblər.







