Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin və “Job in Global” şirkətinin birgə əməkdaşlığı çərçivəsində tələbələrin Türkiyə Respublikası Antalya şəhəri “Von Resort Hotel” otelində əmək haqqı bonuslu istehsalat təcrübəsi uğurla davam edir

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin və “Job in Global” şirkətinin birgə əməkdaşlığı çərçivəsində tələbələrin Türkiyə Respublikası Antalya şəhəri “Von Resort Hotel” otelində əmək haqqı bonuslu istehsalat təcrübəsi uğurla davam edir.
Hazırda təcrübə proqramında iştirak edən tələbələr müxtəlif xidmət sahələrində fəaliyyət göstərərək, müvafiq peşə bacarıqlarını real iş mühitində tətbiq etmək və təkmilləşdirmək imkanı əldə ediblər. Tələbələrimiz həmçinin, otelçilik və turizm sahəsində müasir yanaşmalar, beynəlxalq iş standartları, müştəri xidməti və komanda əməkdaşlığı kimi əsas bacarıqları praktik formada öyrənirlər.










