• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-da Mingəçevir Turizm Kollecində silsiləsi tədbirlər həyata keçirilib.

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-da Mingəçevir Turizm Kollecində silsiləsi tədbirlər həyata keçirilib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix May 10, 2022

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 10-da Mingəçevir Turizm Kollecində silsiləsi tədbirlər həyata keçirilib.

Tədbirdən öncə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən kollecin tarix müəllimi Eldar Dərişov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaraq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Daha sonra tədbirdə çıxış edən kollecin ədəbiyyat müəllimi Kifayət Əliyeva dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs etmiş, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırıb.

Kifayət Əliyeva çıxışının sonunda qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Tədbir Bakı şəhəri Gənclərin Respublika Bədii Yaradıcılıq Evində keçirilən Ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika ifa müsabiqəsində III yerə layiq görülmüş Mingəçevir Turizm Kollecinin III kurs tələbəsi Hidayətova Rəvanə Fuad qızı tərəfindən səsləndirilən şeir ilə başa çatıb.

Həmçinin 2022-ci ilin 8-10 may tarixlərində Mingəçevir Turizm Kollecinin və Mingəçevir Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhərin beş məktəbinin şagirdləri üçün Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş “Ulu öndər zirvəsi” adlı “Nə? Harada? Nə zaman? İntellektual oyunları keçirilib. Yarış başlamadan öncə müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi uzaqgörən siyasətindən və titanik fəaliyyətindən bəhs edilib, Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb, əbədiyaşar liderin gənclərlə bağlı tövsiyələri xatırlanıb.

Qeyd edək ki, Mingəçevir Turizm Kollecində Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği kollecdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür
May 10, 2022

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecinin bir sıra əməkdaşı gələcəyin potensiallı tələbələri ilə görüş həyata keçirib.
May 13, 2022

Bəyənə biləcəyiniz xəbərlər

610774843_18078315482245590_4259394240390587798_n
Mingəçevir Turizm Kollecində 7 yanvar 2026-cı il tarixində “Valideynlər Şurası”nın növbəti iclası keçirilib.
7 Yanvar, 2026
IMG-20251229-WA0003
Mingəçevir Turizm Kollecində 2025–2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına start verilib.
29 Dekabr, 2025
606793186_18077207879245590_5548438090114021635_n
Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26 Dekabr, 2025

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecində 7 yanvar 2026-cı il tarixində “Valideynlər Şurası”nın növbəti iclası keçirilib.
07Yan2026
Mingəçevir Turizm Kollecində 2025–2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına start verilib.
29Dek2025
Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26Dek2025

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.