Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq!Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.
Ordumuz tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı Mingəçevir Turizm Kollecinin tələbəsi, ordumuzun hərbi qulluqçusu İdrisov Bəxtiyar İxtiyar oğlu şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət etsin.
Ordumuz tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı Mingəçevir Turizm Kollecinin tələbəsi, ordumuzun hərbi qulluqçusu Səfərov Gökhan İlqar oğlu şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət etsin.
Mingəçevir Turizm Kollecində dəyirmi masa: “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır. Mingəçevir Turizm Kollecinin və YAP Mingəçevir şəhər təşkilatının birgə hazırladıqları tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad …
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov başda olmaqla bütün əməkdaşlar şagird və tələbələri “Bilik günü” münasibəti ilə təbrik edir, onlara tədris ilində yeni hədəflərə doğru fəxarətli yolda müvəffəqiyyətlər arzulayırlar.
Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında oixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2023-cü il avqustun 31-dən sentyabrın 4-dək aparılacaq.