• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
    • Marketinq
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
    • Marketinq
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində 22 may 2025-ci il tarixində  “Gənclərin iş dünyasında ilk addımı: Əmək hüquqları” mövzusunda tələbələrlə dəyirmi masa keçirilib

Mingəçevir Turizm Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində 22 may 2025-ci il tarixində  “Gənclərin iş dünyasında ilk addımı: Əmək hüquqları” mövzusunda tələbələrlə dəyirmi masa keçirilib

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix May 22, 2025

Mingəçevir Turizm Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində 22 may 2025-ci il tarixində “Gənclərin iş dünyasında ilk addımı: Əmək hüquqları” mövzusunda tələbələrlə dəyirmi masa keçirilib. Tədbirin məqsədi gənclərin əmək qanunvericiliyi sahəsində maarifləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlandırılması olub.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İlk olaraq çıxış edən kollecin hüquq məsləhətçisi Günel Musayeva gənclərin hüquqi biliklərə yiyələnməsinin əmək münasibətlərində qarşılaşa biləcəkləri çətinliklərin həllində mühüm rol oynadığını vurğulayıb. O, eyni zamanda əmək müqaviləsinin bağlanması, iş şəraitinin qanunvericiliyə uyğun olması və işəgötürənlə işçi arasında münasibətlərin tənzimlənməsi barədə məlumat verib.
Daha sonra Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Rafiq Yusifov çıxış edərək əmək hüquqlarının pozulması hallarına qarşı hüquqi müdafiə vasitələrindən danışıb. O, həmçinin iş yerində hüquqların qorunması və məhkəməyə müraciət yolları haqqında praktiki tövsiyələr verib.
Ardınca vəkil Anar Mövsümov çıxış edərək gənc mütəxəssislərin əmək bazarına daxil olarkən diqqət etməli olduqları hüquqi nüanslardan danışıb.
Tədbirdə həmçinin Mingəçevir Turizm Kollecinin hüquq fənn müəllimi Qənimət Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Canpolad Həmidov və İnsan Resurslarının İdarə Olunması Şöbəsinin müdiri Vüqar Bayramov da çıxış edərək, gənclərin əmək münasibətlərində daha hazırlıqlı və məlumatlı olmalarının önəmini vurğulayıblar. Onlar tələbələrin gələcək peşə fəaliyyətində hüquq biliklərinin praktiki əhəmiyyətindən bəhs ediblər.
Dəyirmi masa qarşılıqlı müzakirələr fonunda davam edib.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecinin buraxılış kurs tələbələri istehsalat təcrübəsini “Yeni Çinar Hotel Company” və “Yeni Naftalan Hotel Company ” otellərində davam etdirirlər
May 22, 2025

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində dama və şahmat idman növləri üzrə yarışlar keçirilib
May 23, 2025

Bəyənə biləcəyiniz xəbərlər

FB_IMG_1787236307276
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
20 Avqust, 2026
IMG-20260804-WA0029
Mingəçevir Turizm Kollecində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib
4 Avqust, 2026
IMG-20260802-WA0002
Mingəçevir Turizm Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsində iştirak edib
2 Avqust, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
20Avq2026
Sənəd qəbulu
14Avq2026
Tələbə qəbulu
06Avq2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.