Mingəçevir Turizm Kollecində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində dama və şahmat idman növləri üzrə yarışlar keçirilib

Mingəçevir Turizm Kollecində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində dama və şahmat idman növləri üzrə yarışlar keçirilib. Yarışların məqsədi tələbələr arasında intellektual idman növlərinin təbliği, analitik düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub. Tələbələr yüksək maraq və fəallıq göstərərək bacarıqlarını nümayiş etdiriblər.
Kollecin direktoru Kamal Əhmədov yarışların sonunda qalib gələn tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Hər iki idman növündə fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.












