Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci Publik Hüquqi Şəxsin və “Job İn Global” şirkətinin əməkdaşlığı çərçivəsində 15 noyabr 2024-cü il tarixində tələbələrin iştirakı ilə seminar həyata keçirilib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci Publik Hüquqi Şəxsin və “Job İn Global” şirkətinin əməkdaşlığı çərçivəsində 15 noyabr 2024-cü il tarixində tələbələrin iştirakı ilə seminar həyata keçirilib. “Job İn Global” MMC-nin qanuni təsisçisi Ceyhun Sabirli “Türkiyənin turizm sahəsində iş fürsətləri və karyera imkanları” ilə bağlı keçirilən seminarda Türkiyənin 5 ulduzlu lüks otellerində iş imkanları ilə bağlı tələbələri məlumatlandırıb. Sonda isə tələbələri maraqlandıran suallar “Job İn Global” MMC-nin əmakdaşları tərəfindən cavablandırılıb.