• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən doqquz il ötür

Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən doqquz il ötür

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Aprel 4, 2025

Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən doqquz il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks əməliyyat zamanı qazanılmış qələbə ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini, strateji əhəmiyyətli yüksəklikləri azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdı.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində Böyük Qayıdış prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə təmamilə aradan qaldırıldı. Bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına xalqımızda dərin inam yaratdı. Prezident Ali Baş Komandan cənab İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti haqqında dediyi sözlər bu qələbənin xalqımız üçün əhəmiyyətini açıq şəkildə ifadə edir “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq.” Aprel döyüşlərində qazanılan tarixi qələbə sonrakı qələbələr üçün zəmin yaratdı. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu qələbə son 200 illik tariximizin ən böyük zəfəridir. Bu qələbəyə gedən yolun tarixini və bu zəfər tarixini qanları ilə yazan şəhidlərimizin əziz xatirələrini gənclərin yaddaşında möhkəmləndirmək, və gənc nəsldə vətənə sevgi, məhəbbət hisslərini aşılamaq məqsədilə Mingəçevir Turizm Kollecində vətənpərvərlik mövzusunda tədbirlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə 4 Aprel 2025-ci il tarixində birinci dərslər Aprel Döyüşlərinə həsr olunub. Dərslərdə Qarabağ döyüşlərində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, maarifləndirici söhbət aparılıb.

Mingəçevir Turizm Kollecinin kollektivi olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Hörmətlə : Kollec rəhbərliyi

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Xalqımızın milli dəyərlərini, mədəniyyətini və adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbəsi Mingəçevir Turizm Kollecində böyük coşqu ilə qeyd edilib.
Aprel 4, 2025

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində 4 aprel 2025-ci il tarixində "İcbari tibbi sığorta" mövzusunda maarifləndirici tədbir keçirilib.
Aprel 4, 2025

Bəyənə biləcəyiniz xəbərlər

632090826_18081406196245590_7127289454974501391_n
Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi ilə “Qafqaz-Qəbələ” MMC, eləcə də “Marxal” Müalicə-İstirahət Kompleksi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
9 Fevral, 2026
620856300_18079673726245590_8592276184318599868_n
Mingəçevir Turizm Kollecində 22 yanvar 2026-cı il tarixində Gabala Hospitality Group-un İnsan Resursları üzrə direktoru Babək Müzəffərovun iştirakı ilə “Turizmdə İnsan Kapitalının İnkişafı” mövzusunda ustad dərsi keçirilib
23 Yanvar, 2026
619200728_18079426232245590_4006590928361601473_n
20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edildi
20 Yanvar, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi ilə “Qafqaz-Qəbələ” MMC, eləcə də “Marxal” Müalicə-İstirahət Kompleksi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
09Fev2026
Mingəçevir Turizm Kollecində 22 yanvar 2026-cı il tarixində Gabala Hospitality Group-un İnsan Resursları üzrə direktoru Babək Müzəffərovun iştirakı ilə “Turizmdə İnsan Kapitalının İnkişafı” mövzusunda ustad dərsi keçirilib
23Yan2026
20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edildi
20Yan2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.