Mingəçevir Turizm Kollecinin tələbələri istehsalat təcrübəsi keçirlər

Mingəçevir Turizm Kollecinin tələbələri istehsalat təcrübəsində. Kollecin tələbələri Mingəçevir şəhərində fəaliyyət göstərən “Ağ Saray Deluxe Hotel”, “Kür Olimpiya Tədris-İdman Mərkəzi”, “Riverside Hotel”, “Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsi, “HTech İnvest” MMC və “Mingəçevir Tarix-Diyarşünaslıq Muzeyi”ndə, Naftalan şəhərində yerləşən “Yeni Çinar Hotel Company”də, Şəki rayonundakı “BioGarden” aqro-ekoturizm təsərrüfatında və “Marxal Müalicə-İstirahət Kompleksi”ndə, həmçinin Qəbələ şəhərində fəaliyyət göstərən “Qafqaz Hotels & Resorts” kompleksində, eyni zamanda JOB IN GLOBAL MMC-nin təşkilatçılığı ilə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Von Resort Hotel”, “Rixos Sungate Hotel” və “Kremlin Palace Antalya” hotellərində istehsalat təcrübəsi keçirlər.

















