Mingəçevir Turizm Kollecinin Aynurə Əhmədovanın “İdarəetmə” fənnindən MU-3 qrupu ilə açıq dərsi həyata keçirilib.
![](https://mtk.az/wp-content/uploads/2024/12/470179153_1132166905581911_8199423053273730925_n.jpg)
Mingəçevir Turizm Kollecinin “Sosial, iqtisadi və texniki fənn birləşmə komissiyası”nın müəllimi Aynurə Əhmədovanın “İdarəetmə” fənnindən Planlaşdırma və Büdcələşdirmə: Başarının Təməli mövzusunda MU-3 qrupu ilə açıq dərsi həyata keçirilib.
Tələbələr üçün təşkil edilən açıq dərs zamanı təlim metodların müxtəlif növlərindən istifadə edilib. Təlim metodlarının müxtəlif növləri əsasında qurulan təlimin keçirilməsi zamanı, büdcələşdirmənin mahiyyəti, məqsədləri, növləri və büdcələşmənin metodları, təşkili, tərtibi prosedurları, nəzarəti və təhlili ilə bağlı geniş müzakirələr aparılıb. Açıq dərs davam etdiyi müddət ərzində tələbələrin iştirakı ilə sual-cavab, praktiki tapşırıqlar həyata keçirilib. Daha sonra isə problem ağacı ətrafında fikir mübailəsi aparılaraq, mümkün həll yolları müzakirə edilib və ən uyğun strategiyalar müəyyənləşdirilib. Sonda isə bu mövzuyla bağlı hazırlanmış slaydlar nümayiş etdirilib.
![](https://mtk.az/wp-content/uploads/2024/12/470179153_1132166905581911_8199423053273730925_n-1.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470151202_1132166898915245_3882264248194400971_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470130449_1132166885581913_7008741010404669974_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470158062_1132166908915244_4813399041132376704_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470182616_1132166888915246_1676106968645323823_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470185961_1132166878915247_5352982292351035256_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470132969_1132166902248578_2237743763498479389_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470182675_1132166895581912_227249528545471852_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470225255_1132166892248579_5530160820349138431_n.jpg)
![](https://mtk.az/wp-content/uploads/2024/12/470192234_1132166882248580_3857227292125985404_n.jpg)