Mingəçevir Turizm Kollecində 27 sentyabr tarixində “Anım Günü” nə həsr olunmuş dərslərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla, böyük ehtiramla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Kollecin tarix müəllimi Nuridə Zülfüqarova, 27 sentyabr “Anım Günü”nə həsr olunmuş xüsusi dərsində tələbələrə zəfərə gedən yolun tarixi, Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük İkinci Qarabağ müharibəsi haqqında geniş və ətraflı məlumat verib. Dərs müəllim və tələbələrin dəyirmi masa ətrafında qarşılıqlı fikir mübadiləsi şəklində həyata keçirilib. Dərsin sonunda Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin qələbə çıxışı nümayiş etdirilib. Xüsusi dərs tələbələrin Mingəçevir Şəhər Şəhidlər Xiyabanını ziyarət etməsilə başa çatıb.