• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

ANA SƏHİFƏ » Blog » Mingəçevir Turizm Kollecində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir həyata keçirilmişdir.

Mingəçevir Turizm Kollecində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir həyata keçirilmişdir.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Yanvar 18, 2023

Mingəçevir Turizm Kollecində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir həyata keçirilmişdir.

       Mingəçevir Turizm Kollecinin kollektivi və tələbələri Mingəçevir şəhər Şəhidlər Xiyabanında yerləşən “20 Yanvar abidəsi”ni ziyarət edərək abidənin və şəhidlərin məzarı üzərinə güllər düzüblər. Kollektiv şəhidlərimizin məzarı önündə hörmət duruşu nümayiş edib, şəhidlərimizin əziz ruhuna etiramlarını ifadə ediblər.

      Günün ikinci yarısında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım günü münasibəti ilə Mingəçevir Turizm Kollecində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə kollecin direktoru Kamal Əhmədov açıq elan edib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Kamal Əhmədov 20 Yanvar hadisəsinin səbəblərini, nəticələrini izah edərək, onu həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi səciyyələndirib. Bildirib ki, həmin hadisəyə ilk qiyməti Ümummilli lider Heydər Əliyev Moskvada keçirdiyi mətbuat konfransında vermişdir. Bu gün Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 1990-cı il 20 Yanvar hadisələri dünyaya bəyan edilir və 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi qayğı göstərilməsi, onların problemlərinin vaxtlı-vaxtında həll olunması Ümummili lider Heydər Əliyev siyasətinin əmin əllərdə olduğunu göstərir.

      Dəyirmi masanın gündəliyinə uyğun olaraq tədris işləri üzrə direktor müavini Aynurə Abbasova “Tariximizin Qanlı və Şanlı səhifələri” mövzusu ilə çıxışında qeyd edib ki, 20 yanvarda törədilən qətl hadisələri azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, xalqın azadlıq, müstəqillik uğrunda mücadiləsini daha da gücləndirmişdir. Kollecin tədris şöbəsinin müdiri Ceyhun Abdullayev “20 Yanvar hadisələrinin müstəqil Azərbaycanda hüquqi-siyasi qiymətləndirilməsi” mövzusunda çıxış edərək bildirib ki, sovet ordusu tərəfindən 1990-cı il 20 Yanvar hadisələrinin törədilməsində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. 38 saylı YAP ərazi təşkilatının sədr müavini Eldar Dərişov “Azadlığa aparan yol”, Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Əzizova “Ümummilli lider Heyder Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Sovet rəhbərliyinə etiraz bəyanatı” mövzuları ilə öz çıxışlarında 20 Yanvar hadisəsinin müxtəlif səbəbləri haqqında danışaraq, öz dəyərli fikirlərini auditoriya ilə bölüşüblər. Otuz üç il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edən çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Tədbiri yekun sözü ilə bitirən kollecin direktoru Kamal Əhmədov 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmaq cəhdi olduğunu bildirərək qeyd edib: “Tarixlər boyu Azərbaycanın azadlığı, bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanlar olub və bu gün də Ali Baş Komandan İlham Əliyev başda olmaqla istər sərhəddə düşmənlə üzbəüz dayanan əsgərlərimiz, istərsədə üç rəngli Azərbaycan bayrağını daim zirvələrdə tutan pedaqoqlar, idmançılar, siyasətçilər, iqtisadçılar, turizmçilər və digər peşə sahibləri bu missiyanı davam etdirir” deyərək yekun nitqini bitirib.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

MİNGƏÇEVİR TURİZM KOLLECİNDƏ QIŞ İMTAHAN SESSİYASI UĞURLA DAVAM EDİR.
Yanvar 18, 2023

Bəyənə biləcəyiniz xəbərlər

mingachevirtourismcollege-20230116-00011
MİNGƏÇEVİR TURİZM KOLLECİNDƏ QIŞ İMTAHAN SESSİYASI UĞURLA DAVAM EDİR.
16 Yanvar, 2023
Samir Zamanov “EL TV” kanalında yayımlanan “Bu səhər” informasiya proqramına “Qış turizmi: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda qonaq olub.
15 Yanvar, 2023

Mingəçevir Turizm Kollecinin “Turizm” fənn birləşməsinin sədri Samir Zamanov “EL TV” kanalında yayımlanan “Bu səhər” informasiya proqramına “Qış turizmi: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda qonaq olub. Proqramda Samir Zamanov Qış turizmi anlayışı, Azərbaycanda qış turizminin müasir vəziyyəti, mövcud problemlər …

mingachevirtourismcollege-20230113-0001
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı Respublika ifa müsabiqəsinin əsasnaməsi qəbul olunub.
13 Yanvar, 2023

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir həyata keçirilmişdir.
18Yan2023
MİNGƏÇEVİR TURİZM KOLLECİNDƏ QIŞ İMTAHAN SESSİYASI UĞURLA DAVAM EDİR.
16Yan2023
Samir Zamanov “EL TV” kanalında yayımlanan “Bu səhər” informasiya proqramına “Qış turizmi: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda qonaq olub.
15Yan2023

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.