Mingəçevir Turizm kollecində 14 may 2025 – ci il tarixində “İmtahan həyəcanını necə aradan qaldırmaq olar” mövzusunda tələbələrlə qrup söhbəti aparılıb

Mingəçevir Turizm kollecində 14 may 2025 – ci il tarixində “İmtahan həyəcanını necə aradan qaldırmaq olar” mövzusunda tələbələrlə qrup söhbəti aparılıb. Kollecin psixoloqu Tamara Uğurluyeva imtahanqabağı dövrdə tələbələrin dayanıqlığını artırmaq məqsədilə fərdi və qrup formatında psixoloji – maarifləndirici söhbət aparıb. Söhbətlərin məqsədi imtahan stressinin azadılması, psixoloji adaptasiya bacarıqlarının gücləndirilməsi və özünəinam hissinin formalaşdırılması olub. Söhbət zamanı tələbələrin emosianal vəziyyəti qiymətləndirilib, stresin səbəbləri təhlil olunub, psixoloji sağlamlığın qorunmasına dair praktik tövsiyələr verilib. Daha sonra kollecin hüquq məsləhətçisi Günel Musayeva tələbələrin imtahan müddətində hüquq və vəzifələri haqqında geniş və ətraflı məlumat verib.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.














