Mingəçevir Turizm Kollecində 12 Mart 2025-ci il tarixində tələbələrə işə yanaşma metodlarının öyrədilməsi, ixtisasına müvafiq bilik və bacarıqlarının, həmçinin peşə dəyərlərinin inkişaf etdirilməsi istiqamətində ustad dərsi təşkil edilib.

Mingəçevir Turizm Kollecində 12 Mart 2025-ci il tarixində tələbələrə işə yanaşma metodlarının öyrədilməsi, ixtisasına müvafiq bilik və bacarıqlarının, həmçinin peşə dəyərlərinin inkişaf etdirilməsi istiqamətində ustad dərsi təşkil edilib. “Mənim karyeram və əmək bazarının tələbləri” mövzusunda keçirilən ustad dərsdə karyera məsləhətçisi Həmid Hüseynov tələbələrə
əmək bazarı anlayışı, əmək bazarının iştirakçıları, işəgötürənlər, işaxtaranlar, təhsil müəssisələrinin əmək bazarında rolu və müasir əmək bazarının vəziyyəti kimi mövzularda geniş məlumat verib. Dərs interaktiv müzakirələr formasında davam edib, tələbələrin sualları cavablandırılıb.




