Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi ilə “Job İn Global” MMC arasında əməkdaşlıq çərçivəsində növbəti görüş həyata keçirilib

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsi ilə “Job İn Global” MMC arasında əməkdaşlıq çərçivəsində növbəti görüş həyata keçirilib. Görüşdə kollec rəhbərliyi ilə yanaşı “Job İn Global” MMC-nin qanuni təsisçisi Ceyhun Sabirli, Türkiyədə fəaliyyət göstərən “Von Resort” otellər qrupunun insan resursları direktoru Halil Aslan və həmin qrupun genel müdir yardımcısı Aziz Şirin iştirak edib. Görüşün məqsədi Türkiyənin turizm sektorunda mövcud iş imkanlarının və karyera perspektivlərinin tələbələrə təqdim edilməsi, həmçinin əyani və distant formada ustad dərslərinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmasıdır. Görüş çərçivəsində əməkdaşlığın inkişafına verdiyi dəstəyə görə Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədova təşəkkürnamə təqdim edilib. Görüşün yekun nəticəsinə əsasən, növbəti tədris ili üçün 20 nəfər məzun olacaq tələbə Türkiyədə təcrübə proqramına seçilib. Bu seçim kollec tələbələrinin beynəlxalq turizm mühitinə inteqrasiyasını təşviq etməklə yanaşı, onların peşəkar hazırlığının yüksəldilməsinə mühüm töhfə verir.













