Mingəçevir Turizm Kollecində ilk dərs saatları 8 Noyabr – Zəfər Gününə həsr olunub

🇦🇿 Mingəçevir Turizm Kollecində ilk dərs saatları 8 Noyabr – Zəfər Gününə həsr olunmuşdur.
Dərs saatlarında müəllimlər 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, torpaqlarımızın işğaldan azad olunması uğrunda əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs ediblər.
Tələbələrə Zəfərə aparan şanlı yol, şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıq, qazilərimizin igidliyi, xalqımızın nümayiş etdirdiyi həmrəylik və milli birlik barədə ətraflı məlumat verilib. Həmçinin bu tarixi Qələbənin Azərbaycan dövlətçiliyi və xalqımızın gələcək nəsilləri üçün daşıdığı mühüm əhəmiyyət diqqətə çatdırılıb.
Dərs saatları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
8 Noyabr – Zəfər Günü xalqımızın yenilməz iradəsinin, sarsılmaz birliyinin və qəhrəman Azərbaycan əsgərinin şücaətinin təntənəsidir!
🇦🇿 Qarabağ Azərbaycandır! Zəfərimiz əbədidir!















