• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
    • Marketinq
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
    • Marketinq
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Avqust 20, 2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə qərara alıram:

  1. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi;

2.1.2. üç ay müddətində:

2.1.2.1. turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi;

2.1.2.2. Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
  2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.
  4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2026-cı il”

Mənbə: president.az

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Sənəd qəbulu
Avqust 20, 2026

Növbvəti xəbər

11 illik təhsil bazasında ixtisas seçimi
Avqust 25, 2026

Bəyənə biləcəyiniz xəbərlər

IMG-20261005-WA0011
5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününüz mübarək!
5 Oktyabr, 2026
FB_IMG_1790672771432
Dövlət Turizm Agentliyinin rəhbərliyi və turizm işçiləri Fəxri xiyabanı ziyarət ediblər
29 Sentyabr, 2026
IMG-20260925-WA0009
Mingəçevir Turizm Kollecində 27 Sentyabr – Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib
25 Sentyabr, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününüz mübarək!
05Okt2026
Dövlət Turizm Agentliyinin rəhbərliyi və turizm işçiləri Fəxri xiyabanı ziyarət ediblər
29Sen2026
Mingəçevir Turizm Kollecində 27 Sentyabr – Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib
25Sen2026

Xəbərlər

  • 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününüz mübarək!
  • Dövlət Turizm Agentliyinin rəhbərliyi və turizm işçiləri Fəxri xiyabanı ziyarət ediblər
  • Mingəçevir Turizm Kollecində 27 Sentyabr – Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib
  • Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi!

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.