21 aprel 2025 – ci il tarixində Mingəçevir Turizim Kollecində yazıçı, pedaqoq və maarifçi, pedaqogika üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin baş müəllimi Dilşad Talıbova ilə elmi – ədəbi görüş keçirilib

21 aprel 2025 – ci il tarixində Mingəçevir Turizim Kollecində yazıçı,pedaqoq və maarifçi, pedaqogika üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin baş müəllimi Dilşad Talıbova ilə elmi – ədəbi görüş keçirilib. Görüş çərçivəsində Dilşad Talıbova tələbələrlə mütaliə mədəniyyəti, və ədəbi zövqün formalaşması mövzularında səmərəli müzakirələr aparıb. Tələbələrin hansı müəllifləri və əsərləri oxuduğu ilə maraqlanaraq onlara ədəbi nümunələr haqqında ətraflı məlumat verib.
Görüşün sonunda Dilşad Talıbova müəllifi olduğu kitabları tələbələrə hədiyyə edib və gəncləri mütaliəyə təşviq edərək ədəbiyyatın şəxsiyyətin formalaşmasındakı rolu barədə dəyərli fikirlərini bölüşüb.







