XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı qətliamından 32 il keçir.
XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı qətliamından 32 il keçir. “Xocalı soyqırımının 32 – ci ildönümü ilə bağlı tədbirlər planı” çərçivəsində Mingəçevir Turizm Kollecində faciənin acı nəticələrinin unudulmaması və erməni vəhşiliyinin təzahürü olan Xocalı gerçəklərinin gələcək nəsillərə ötürülməsi məqsədilə xüsusi dərslər keçirilib. Dərslərdə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı gerçəklərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyəti Mingəçevir şəhər Şəhidlər xiyabanını ziyarət edib Soyqırımı abidəsinə qərənfillər düzülüb.