13 iyul 2026-cı il tarixində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Mingəçevir Turizm Kollecinin 2025/2026-cı tədris ili üçün son Pedaqoji Şura iclası keçirilib

13 iyul 2026-cı il tarixində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Mingəçevir Turizm Kollecinin 2025/2026-cı tədris ili üçün son Pedaqoji Şura iclası keçirilib.İclası açan kollecin direktoru Kamal Əhmədov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda 2025/2026-cı tədris ilinin yekunları, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr, eləcə də 2026/2027-ci tədris ilinə hazırlıq məsələləri geniş müzakirə olunub. Şurada, “Yeni Çinar Hotel Company” MMC, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, “River Side Hotel”, “HiTech Invest” MMC, Mingəçevir Gənclər evi və Mingəçevir şəhər tarix muzeyinin rəhbər və nümayəndələri iştirak ediblər.Sonda iclasda iştirak edən tərəfdaş müəssisələrin rəhbər və nümayəndələrinə, pedaqoji və inzibati heyətə, 2025/2026-cı tədris ili üzrə istehsalat təcrübəsinin təşkilindəki fəal dəstəyinə, sosial-ictimai və inzibati işlərdəki aktivliyinə, həmçinin pedaqoji heyətin monitorinq və qiymətləndirilməsində fərqlənənlərə fəxri fərman və təşəkkürnamələrlər verilmişdir.














