• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • “Tədrisdə Keyfiyyətin Təminatı” şöbəsi 2021/2022-ci tədris ilinin yekun yarımillik hesabatını təqdim edib.

“Tədrisdə Keyfiyyətin Təminatı” şöbəsi 2021/2022-ci tədris ilinin yekun yarımillik hesabatını təqdim edib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix İyul 7, 2022

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Mingəçevir Turizm Kolleci arasında təlim və metodoloji dəstək xidmətinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 05.01.2022-ci il tarixindən etibarən kollecdə fəaliyyət göstərən “Tədrisdə Keyfiyyətin Təminatı” şöbəsi 2021/2022-ci tədris ilinin yekun yarımillik hesabatını təqdim edib.
07.07.2022-ci il tarixində verilən hesabatda “Tədrisdə Keyfiyyətin Təminatı” şöbəsinin yarandığı gündən bugünə qədərki fəaliyyəti dövründə görülmüş işlər öz əksini tapıb.
İlkin olaraq 12.04.2022-ci il tarixində verilən hesabatda “Tədrisdə Keyfiyyətin Təminatı” şöbəsi tərəfindən kollecdə təhsil alan 36 qrupdan 607 tələbənin iştirakı və təhsildə keyfiyyətin yüksəldilməsi məqsədilə “Tələbə məmnuniyyət sorğusu” aparıldığı qeyd olunub. Hesabatda sözügedən mövzuya uyğun olaraq kredit sistemi ilə tədrisin təşkili, tədris olunan fənlərin mövzu, hədəf, təlim nəticələri və qiymətləndirmə üsulları, kollecin kitabxanasının zəngin və əlçatanlığı, tələbələrə tətbiq olunan fərdi yanaşma, biliyin qiymətləndirilməsində şəffaflıq və ədalətlilik prinsipinin qorunması, tyutor xidmətinin qənaətbəxş səviyyədə təşkili, akademik dürüstlüyə dair təbliğat və kollecdə verilən təhsilin keyfiyyətinin tələbələr tərəfindən şəxsən qiymətləndirilməsi nəticələri öz əksini tapıb.
Ardıcıl olaraq “Tədrisdə Keyfiyyətin Təminatı” şöbəsinin təbliğat qrupu ilə birgə 10 orta məktəb və 1 liseydə keçirdiyi sorğunun hesabatı təqdim olunub. Mingəçevir şəhərində orta məktəblərdə təhsil alan 1400-dən çox şagirdin cavabı əsasında ixtisas seçərkən şagirdlərin kimin rəyinə üstünlük verməyi, hazırda kollecdə mütəxəssis hazırlığı aparılan ixtisaslardan seçmək istədikləri, gələcəkdə yiyələnmək istədikləri peşə və tədris olunması istənilən ixtisaslar və asudə vaxtı necə dəyərləndirmək istəməklə bağlı fikirləri öyrənilib.
Bundan sonra şöbənin fəaliyyəti zamanı icra etdiyi 2021/2022-ci tədris ilinin imtahan sessiyasının keçirilməsi ilə bağlı həyata keçirilən işlər diqqətə çatdırılıb. Bu məqsədlə 443 tələbənin iştirakı ilə aparılan sorğuda imtahanlar zamanı şəffaflığın təmini, nizam-intizam qaydalarının məlumatlığı, imtahanlarda kənar müdaxilə, biliyin qiymətləndirilməsi, sualların tərtib olunması, ədalətli qiymətləndirmə ilə əlaqəli statistik göstəricilər əks olunub, tələbələrin rəy, irad və təklifləri əsasında sorğunun nəticəsi dəyərləndirilib.
Hesabatın dəqiq statistik göstəricilərinə uyğun olaraq nəticənin kifayət qədər ürəkaçan olduğunu qeyd etmək lazımdır.
Ölkəmizdə fəaliyyət göstərən Orta İxtisas Təhsil Müəsisələri arasında ilk dəfə Mingəçevir Turizm Kollecində yaradılan “Tədrisdə Keyfiyyətin Təminatı” şöbəsinin kollecin strateji inkişaf planına uyğun olaraq illik fəaliyyət və tədbirlər planı hazırdır. Tədrisdə keyfiyyətin yüksəldilməsi məqsədilə müəllim və tələbə ehtiyacının müəyyənləşdirilməsi, sorğu əsasında əldə olunan irad və təkliflərin dəyərləndirilməsi və kollecin missiya və məqsədinə uyğun olaraq inkişaf etdirilməsi şöbənin gələcək prioritet addımları sırasındadır.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib!
İyul 7, 2022

Növbvəti xəbər

2022-ci ilin ilk altı ayının göstəriciləri ölkəmizin uğurla inkişaf etdiyini və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələrin icra olunduğunu göstərir.
İyul 19, 2022

Bəyənə biləcəyiniz xəbərlər

mingachevirtourismcollege-13-09-2023-0001
VAKANSİYA!
13 Sentyabr, 2023
mingachevirtourismcollege-13-09-2023-0003
VAKANSİYA!
13 Sentyabr, 2023
mingachevirtourismcollege-07-09-2023-00011
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
5 Sentyabr, 2023

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

VAKANSİYA!
13Sen2023
VAKANSİYA!
13Sen2023
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
05Sen2023

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.