Mingəçevir Turizm Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsində iştirak edib

Mingəçevir Turizm Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsində iştirak edib.
1 avqust 2026-cı il tarixində Mingəçevir Gənclər Evində Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Aran bölgəsində fəaliyyət göstərən jurnalistlərlə zona müşavirəsi keçirilib.
EL TV-nin təşkilatçılığı ilə baş tutan görüşdə AJB-nin sədri, Əməkdar jurnalist Elçin Şıxlı,Qafqaz” TV-nin direktoru Eltən Törəçi, EL TV-nin direktoru İqbal Məmmədəliyev, AJB-nin İşçi Qrupunun üzvləri, bölgədə fəaliyyət göstərən jurnalistlər, media rəhbərləri, televiziya, xəbər saytları və sosial media platformalarının nümayəndələri iştirak ediblər.
Müşavirədə müasir jurnalistikanın qarşısında duran çağırışlar, bölgə mediasının inkişaf perspektivləri, yeni bilik və bacarıqların əldə olunmasının əhəmiyyəti, süni intellektdən səmərəli istifadə, video çəkilişi və montaj, sosial media idarəçiliyi, şəxsi brendin formalaşdırılması, data analizi, faktların yoxlanılması və kibertəhlükəsizlik kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








