• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecinin 20 illiyi ilə əlaqədar tədbirlər planı çərçivəsində təşkil olunan “Peşəni peşəkardan dinlə” adlı sərgi və nəzəri konfrans keçirilib

Mingəçevir Turizm Kollecinin 20 illiyi ilə əlaqədar tədbirlər planı çərçivəsində təşkil olunan “Peşəni peşəkardan dinlə” adlı sərgi və nəzəri konfrans keçirilib

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix May 7, 2026

Mingəçevir Turizm Kollecinin 20 illiyi ilə əlaqədar tədbirlər planı çərçivəsində təşkil olunan “Peşəni peşəkardan dinlə” adlı sərgi və nəzəri konfrans tələbələr və iştirakçılar üçün həm maarifləndirici, həm də praktik əhəmiyyətli tədbirə çevrilib.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Təlim və Təhsil sektorunun müdiri Günay Fərzəliyeva-Qulusoy, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhər bələdiyyəsinin sədri Anar İsmayılov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Mingəçevir Regional Turizm İdarəsinin böyük məsləhətçisi Nərman Xanlarov, “Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Eşqin Məmmədov, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev və kollecin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub və dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tələbələr üçün təşkil olunmuş sərgiyə baxış keçirilib. Tədbirdə turizm və xidmət sahəsində fəaliyyət göstərən çoxsaylı qurumların nümayəndələri-“Qafqaz-Qəbələ” MMC, “Yeni Çinar Hotel Company” MMC, “Yevlakh City Hotel”,”Leon Hotel Spa Ganja”, “National Hotel Ganja”,“Kür” Olimpiya Tədris-İdman Mərkəzi, “River Side Hotel”,”Ağsaray Deluxe Hotel & Spa” otelləri , Mingəçevir Dövlət Universiteti, “HiTech Invest” MMC, “Bio Garden” aqro-eko turizm təsərrüfatı, “Job in Global” şirkəti, “Kainat Travel Agency”, “Kapital Bank” ASC-nin Mingəçevir filialı və fəxri qonaq qismində Gəncə, Şəki və Mingəçevir Regional Turizm İdarələri, Mingəçevir şəhər təhsil sektoru, eləcə də media nümayəndələri iştirak ediblər. Sərgidə turizm və xidmət sahələrini təmsil edən müəssisə və təşkilatlar öz fəaliyyətlərini, karyera imkanlarını və praktiki iş mühitini təqdim ediblər. Bu hissə tələbələrin gələcək peşələri ilə yaxından tanış olması, əmək bazarının real tələblərini görməsi baxımından xüsusi maraq doğurub.
Sərgidən sonra tədbir nəzəri konfrans formatında davam edib. Konfransın açılış mərasimi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov çıxış edərək bildirib ki, kollecin 20 illik fəaliyyəti ərzində əldə olunan uğurlar peşəkar kadr hazırlığının gücləndirilməsi baxımından mühüm rol oynayır.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Fərzəliyeva-Qulusoy çıxış edərək bildirib ki, Agentliyinin həyata keçidiyi layihələr turizm sektorunun dayanıqlı inkişafına və əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı mütəxəssislərin yetişdirilməsinə xidmət edir.
Daha sonra çıxışları davam etdirən Mingəçevir Şəhər İcra Hakimiyyətinin təmsilçisi Elşən Əliyev, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Qafqaz River Side Resort Hotelinin İnsan Resursları üzrə direktoru Babək Müzəffərov — turizm təhsilinin inkişafı, əmək bazarına uyğun kadr hazırlığı və təhsil ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət çəkiblər.
Sonda kollecin direktoru Kamal Əhmədov çıxış edərək tədbirin təşkilində və keçirilməsində iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib və bu cür sərgi-konfransların tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını bir daha vurğulayıb.
Beləliklə, “Peşəni peşəkardan dinlə” sərgisi tələbələrin nəzəri biliklərini praktiki mühitlə əlaqələndirən, onların gələcək karyera seçimlərinə istiqamət verən uğurlu və yadda qalan tədbir kimi qiymətləndirilib.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində qızlar arasında voleybol yarışı keçirilib
May 7, 2026

Bəyənə biləcəyiniz xəbərlər

IMG-20260505-WA0062
Mingəçevir Turizm Kollecində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində qızlar arasında voleybol yarışı keçirilib
5 May, 2026
IMG-20260505-WA0016
Mingəçevir Turizm Kollecində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində şahmat və dama yarışları keçirilib
5 May, 2026
InShot_20260504_154515453
Mingəçevir Turizm Kollecində “Sosial medianın insana təsiri” mövzusunda maarifləndirici qrup görüşü təşkil edilib
4 May, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecinin 20 illiyi ilə əlaqədar tədbirlər planı çərçivəsində təşkil olunan “Peşəni peşəkardan dinlə” adlı sərgi və nəzəri konfrans keçirilib
07May2026
Mingəçevir Turizm Kollecində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində qızlar arasında voleybol yarışı keçirilib
05May2026
Mingəçevir Turizm Kollecində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş tədbirlər planı çərçivəsində şahmat və dama yarışları keçirilib
05May2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.