• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Mingəçevir Turizm Kollecində Fuad Xankişiyevin şərəfli həyat və döyüş yolundan bəhs edən “Mən gedirəm” adlı kitabın təqdimatı keçirilib.

Mingəçevir Turizm Kollecində Fuad Xankişiyevin şərəfli həyat və döyüş yolundan bəhs edən “Mən gedirəm” adlı kitabın təqdimatı keçirilib.

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix May 15, 2024

Şanlı Azərbaycan Ordusu 44 günlük “Vətən Müharibəsi “ndə öz gücünü bütün dünyaya göstərdi. Milli mənəvi birliyimiz Vətən oğullarının doğma el obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Mingəçevir Turizm Kollecinin 9 nəfər tələbəsi Vətən Müharibəsində, 3 tələbəsi isə vətənimizin suverenliyi uğrunda antiterror əməliyyatlarında şəhid olmuşdur. Belə qəhrəman oğullardan biri də Vətənini sevən, işğal altında olan torpaqlarımızı azad etmək hissi ilə hər an Ali Baş Komandanın əmrini gözləyən, o gün gəldiyində könüllü silaha sarılan Fuad Şöhrət oğlu Xankişiyevdir.

Mingəçevir Turizm Kollecində Fuad Xankişiyevin şərəfli həyat və döyüş yolundan bəhs edən “Mən gedirəm” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə şəhid anaları, şəhidin döyüş yoldaşları, tələbə yoldaşları, kollecin müəllim və tələbə heyəti iştirak edib.

Tədbirin başlanğıcında Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Kamal Əhmədov Fuad Xankişiyevin qısa ömründə qazandığı nailiyyətlərdən danışıb, xüsusilə çatdığı şəhidlik mərtəbəsinin ali və müqəddəs bir məqam olduğunu vurğulayıb. Daha sonra şəhid Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva övladı ilə bağlı xatirələrini bölüşüb və kitabın necə ərsəyə gəlməsi haqqında məlumat verib. Tədbirin gedişatında Fuad Xankişiyevin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirildikdən sonra döyüş yoldaşları və müəllimləri Fuadın sağlığında necə qəhrəman ruhlu, vətənini sevən , qorxmaz və şücaətli olmasından danışıb. Kitabın təqdimatından sonra kollecin akt zalında tələbələr və tədbir iştirakçıları Fuad Xankişiyevin 24 illik qısa həyat yolundan və qəhrəmanlıqla keçən döyüş yolundan bəhs edən, “Şərəfli yol” adlı qısa filmə tamaşa ediblər.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

Mingəçevir Turizm Kollecinin müəllim və tələbələrindən ibarət heyətlə Mingəçevir su anbarının sahilinə ekotur təşkil edilib.
May 15, 2024

Növbvəti xəbər

Mingəçevir Turizm Kollecində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində növbəti ustad dərsi Mingəçevir şəhərində fəaliyyət göstərən "River Side" otelində təşkil olunub.
May 16, 2024

Bəyənə biləcəyiniz xəbərlər

IMG-20260408-WA0029
Mingəçevir Turizm Kollecinin əməkdaşları Şəki şəhərində istehsalat müəssisələrində təcrübə keçən tələbələrin fəaliyyətini monitorinq ediblər
8 Aprel, 2026
IMG-20260408-WA0004
Mingəçevir Turizm Kollecində 8 aprel 2026-cı il tarixində “Etik prinsiplər və dilemmalar” mövzusunda qrup müzakirəsi təşkil olunub
8 Aprel, 2026
IMG-20260407-WA0019
Mingəçevir Turizm Kollecində 7 aprel 2026-cı il tarixində tələbələr üçün “İnformasiya təhlükəsizliyi və saxta informasiyalara qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib
7 Aprel, 2026

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecinin əməkdaşları Şəki şəhərində istehsalat müəssisələrində təcrübə keçən tələbələrin fəaliyyətini monitorinq ediblər
08Apr2026
Mingəçevir Turizm Kollecində 8 aprel 2026-cı il tarixində “Etik prinsiplər və dilemmalar” mövzusunda qrup müzakirəsi təşkil olunub
08Apr2026
Mingəçevir Turizm Kollecində 7 aprel 2026-cı il tarixində tələbələr üçün “İnformasiya təhlükəsizliyi və saxta informasiyalara qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib
07Apr2026

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.