• Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ
Mingəçevir Turizm Kolleci
  • Ana səhifə
  • Haqqımızda
  • Struktur
  • İxtisaslar
    • Turizm işinin təşkili
    • Turizm bələdçiliyi
    • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
    • Aqroturizm
    • İaşə müəssisələrinin servisi
    • Mühasibat uçotu
    • Nəqliyyatın logistikası
    • Maliyyə işi
    • Muzey işi və abidələrin qorunması
    • Rekreasiya, idman və sağlamlıq turizmi
  • Elanlar
  • Əlaqə
  • FAQ

Xəbərlər

  • Ana səhifə
  • Bloq
  • Xəbərlər
  • Azərbaycan Könüllülük Həftəsi 2022

Azərbaycan Könüllülük Həftəsi 2022

  • Paylaşan MTK
  • Kateqoriyalar Xəbərlər
  • Tarix Dekabr 5, 2022

Mingəçevir Turizm Kollecinin tələbələri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 1-9 dekabr tarixlərində həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində ASAN Xidmət-in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”nda iştirak edib.

Bakı Konqres Mərkəzində 5 dekabr tarixində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

Bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi Forumda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev tədbir iştirakçılarına AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi 2022-ci ildə də ölkə başçısı cənab İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək həyata keçirilən fəaliyyətlərdə 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu əhatə edib.

AKTİ sədri bu ilin həmçinin dövlət başçısının tövsiyəsi ilə “Qayıdış Könüllüləri” proqramının başlanması ilə yadda qaldığını və artıq Şuşa və Ağdam könüllüləri qruplarının formalaşdığını vurğulayaraq, bu gündən etibarən “Zəngilan könüllüləri” qrupunun yaradılmasına başlanıldığını elan etdi.

Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

  • Share:
author avatar
MTK

Əvvəlki xəbər

"Ümumdünya QİÇS-lə Mübarizə Günü"
Dekabr 5, 2022

Növbvəti xəbər

"Ətraf mühitin antropogen çirklənməsinin iqtisadi nəticələrinin təhlili və proqnazlaşdırılması" mövzusunda açıq dərs keçirilib.
Dekabr 9, 2022

Bəyənə biləcəyiniz xəbərlər

610774843_18078315482245590_4259394240390587798_n
Mingəçevir Turizm Kollecində 7 yanvar 2026-cı il tarixində “Valideynlər Şurası”nın növbəti iclası keçirilib.
7 Yanvar, 2026
IMG-20251229-WA0003
Mingəçevir Turizm Kollecində 2025–2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına start verilib.
29 Dekabr, 2025
606793186_18077207879245590_5548438090114021635_n
Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26 Dekabr, 2025

Şərh yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Kateqoriyalar

Son xəbərlər

Mingəçevir Turizm Kollecində 7 yanvar 2026-cı il tarixində “Valideynlər Şurası”nın növbəti iclası keçirilib.
07Yan2026
Mingəçevir Turizm Kollecində 2025–2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına start verilib.
29Dek2025
Mingəçevir Turizm Kollecində 26 dekabr 2025-ci il tarixində “Narkotikə yox de” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı maarifləndirici görüş keçirilib
26Dek2025

Telefon: (+994) 50 564-95-92

E-mail: info@mtk.az

Ünvan: Azərbaycan, AZ 4500, Mingəçevir şəh., 20 Yanvar küç., 12

Sosial şəbəkələrdə bizi izləyin!

© Müəllif hüquqları Mingəçevir Turizm Kolleci tərəfindən qorunur.

Bağlantı əlavə et/redaktə et

Mənzil ünvanını yazın

ya da var olan mühtəviyyata bağlantı verin

    Axtarış kriteriyası bildirilməmişdir. Ən yeni maddələr göstərilir. Bir maddə seçmək üçün axtarış edin və ya aşağı-yuxarı düymələrindən istifadə edin.