Mingəçevir Turizm Kollecinin müəllim heyəti üçün Mingəçevir Dövlət Universitetinin “Elm və innovasiyalar şöbəsi” nin müdiri, texnika üzrə fəlsəfə doktoru dosent Vüqar Mustafayev “Tədris- metodiki vəsaitlərə qoyulan tələblər ” mövzusunda təlim keçib

Mingəçevir Turizm Kollecinin müəllim heyəti üçün Mingəçevir Dövlət Universitetinin “Elm və innovasiyalar şöbəsi” nin müdiri, texnika üzrə fəlsəfə doktoru dosent Vüqar Mustafayev “Tədris- metodiki vəsaitlərə qoyulan tələblər ” mövzusunda təlim keçib. Təlimdə tədris metodiki vəsaitlərə qoyulan tələblər, dərslik və dərs vəsaitlərinin hazırlanması üçün tələblər, tövsiyyələr, müəllim və tələbələr üçün praktik məşğələlərə aid tədris metodiki vəsaitin (metodiki tövsiyələrin )strukturu və məzmunu, tədris nəşrlərinin tərtibatı, dərs vəsaiti və dərslik arasındakı fərqlər haqqında geniş, əhatəli məlumatlar verilib.
Təlim iştirakçıların sualları və qarşılıqlı müzakirələr ətrafında davam edib.