Mingəçevir Turizm Kollecində Şəki Regional Turizm İdarəsinin əməkdaşlarının təqdimatında “Dağ bələdçiliyi və dağ bələdçiliyi standartları” mövzusunda ustad dərsi keçirilib

Mingəçevir Turizm Kollecində 3 dekabr 2025-ci il tarixində Şəki Regional Turizm İdarəsinin əməkdaşları Fərid Mustafayevin və Aydan Süleymanlının təqdimatında “Dağ bələdçiliyi və dağ bələdçiliyi standartları” mövzusunda ustad dərsi keçirilib. İlk öncə Regional Turizm İdarələrinin fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verilib. Daha sonra isə dağ bələdçiliyinin standartları, turistlərin sərbəst şəkildə və bələdçi ilə ekskursiyalarının üstün və fərqli cəhətləri müzakirə edilib. İnteraktiv şəkildə təşkil olunmuş təlimdə tələbələr mövzu ilə bağlı öz suallarını ünvanlayıb, fikir mübadiləsi aparıblar.













