Mingəçevir Turizm Kollecində mütəxəssis hazırlığı aparılan 10 ixtisaslar üzrə sonuncu kurs tələbələrinin tədris proqramına uyğun olaraq istehsalat təcrübəsi Mingəçevir şəhərinin və respublikanın qabaqcıl istehsalat və xidmət müəssisələrində uğurla davam edir.
Mingəçevir Turizm Kollecində mütəxəssis hazırlığı aparılan 10 ixtisas – “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi”, “Rekreasiya, idman və sağlamlıq turizmi”, “İaşə müəssisələrinin servisi”, “Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi”, “Aqroturizm “, “Nəqliyyatın loqistikası”, “Muzey işi və abidələrin qorunması”, “Maliyyə işi” və “Mühasibat uçotu” ixtisasları üzrə sonuncu kurs tələbələrinin tədris proqramına uyğun olaraq istehsalat təcrübəsi Mingəçevir şəhərinin və respublikanın qabaqcıl istehsalat və xidmət müəssisələrində uğurla davam edir.
İstehsalat təcrübəsinin məqsədi tələbənin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, onları praktiki bacarıqlar və səriştələrlə tamamlamaq, müstəqil və səmərəli əmək fəaliyyətinə və akademik mühitə hazırlamaq, onun gələcək karyera inkişafına kömək etməkdir.