Mingəçevir Turizm Kollecində Azərbaycan tarixinin və milli yaddaşının mühüm tərkib hissəsini əhatə edən “Qərbi Azərbaycan irsi” kitabının l cildinin təqdimat mərasimi keçirilib.

Mingəçevir Turizm Kollecində Azərbaycan tarixinin və milli yaddaşının mühüm tərkib hissəsini əhatə edən “Qərbi Azərbaycan irsi” kitabının l cildinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Kamal Əhmədov açaraq, kitabın əhəmiyyətindən, Qərbi Azərbaycan mövzusunun tariximizdə və bu günümüzdəki aktual yerindən danışıb.
Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tariyel Şükürov çıxış edərək, təqdim olunan nəşrin həm elmi, həm də ictimai baxımdan mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, “Qərbi Azərbaycan irsi” kitabı azərbaycanlıların bu ərazilərdə yaratdığı zəngin mədəni dəyərlərin, yaşayış məntəqələrinin, dini və tarixi abidələrin sənədləşdirilməsi baxımından qiymətli mənbədir.
Tədbirin davamında geniş təqdimatla çıxış edən Mingəçevir Dövlət Universitetinin Magistratura və Doktorantura təhsili mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Məhərrəmova kitabın elmi-nəzəri baxımdan əhəmiyyətinə toxunub. O qeyd edib ki, nəşrdə toplanmış materiallar gələcəkdə aparılacaq tarixi, etnoqrafik, toponimik və sosial tədqiqatlar üçün zəngin bir baza rolunu oynaya bilər. Eyni zamanda, bu irsin öyrənilməsi milli kimliyimizin dərkində və tarixi ədalətin bərpasında əhəmiyyətli rol oynayır.
Tədbir iştirakçıları belə bir nəşrin ərsəyə gəlməsini yüksək qiymətləndirib, gələcəkdə də bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıblar.











