Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili ” ilə əlaqədar “Tədbirlər planı” çərçivəsində “Azərbaycanda ətraf mühitin mühafizəsində Ümummilli lider Heydər Əliyevin rolu ” mövzusunda nəzəri konfrans keçirilib.
Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili ” ilə əlaqədar “Tədbirlər planı” çərçivəsində “Azərbaycanda ətraf mühitin mühafizəsində Ümummilli lider Heydər Əliyevin rolu ” mövzusunda nəzəri konfrans keçirilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. “Yaşıl dünya naminə həmrəylik ili ” nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Giriş sözü ilə çıxış edən kollecin direktoru Kamal Əhmədov bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Yaşıl ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Tədbirin proqramına uyğun olaraq kollecin tədris şöbəsinin müdiri Ceyhun Abdullayev “Azərbaycan Respublikasında ekoloji siyasətin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin rolu ” adlı məruzə ilə çıxış edib. Tədbir Mingəçevir Dövlət Universitetinin “Energetika” kafedrasının müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Ülkər Aşurovanın “Ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid “, kollecin “Sosial, iqtisadi və texniki” fənn birləşməsi komissiyasının sədri Xəyalə Abbasovanın “Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir ” və kollecin turizm müəllimi İqbal Xudiyevin “İşğaldan azad edilmiş torpaqlarda yaşıl turizm imkanları və inkişafı” adlı məruzələri ilə davam edib.