Mingəçevir Turizm Kollecində 7 aprel 2025-ci il tarixində “Gender əsaslı zorakılıq” mövzusunda təlim keçirilib

Mingəçevir Turizm Kollecində 7 aprel 2025-ci il tarixində “Gender əsaslı zorakılıq” mövzusunda təlim keçirilib.Təlimdə kollecin psixoloqu Tamara Uğurluyeva zorakılığın səbəbləri və növləri-fiziki, psixoloji, iqtisadi, rəqəmsal zorakılıq, haqqında maarifləndirici çıxış edib. Gender əsaslı zorakılığın fəsadları haqqında məlumat verib. Daha sonra çıxış edən kollecin hüquq məsləhətçisi Günel Musayeva bildirib ki, zorakılıq insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir və qalıcı xarakter daşıdıqda daha ağır fəsadlara səbəb olur.
Sonda mövzu ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.




