Mingəçevir Turizm Kollecində 28 aprel 2025- ci il tarixində “ Xarici dil fənn birləşmə komissiyası” nın müəllimi Ətlas Rzazadənin “ İngilis dili” fənnindən “Famous Fears and phobias” mövzusunda MAİ 7 qrupu ilə açıq dərsi keçirilib

Mingəçevir Turizm Kollecində 28 aprel 2025- ci il tarixində “ Xarici dil fənn birləşmə komissiyası” nın müəllimi Ətlas Rzazadənin “ İngilis dili” fənnindən “Famous Fears and phobias” mövzusunda MAİ 7 qrupu ilə açıq dərsi keçirilib. Açıq dərsdə Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Rəhimov qonaq olub.
Açıq dərs TESOL proqramı ilə təşkil olunub və interaktiv fəliyyətlərlə zəngin olub. Tələbələr əvvəlcə fobiya anlayışını və məşhur fobiyaları izah edən video və slayd təqdimatları izləyiblər. Daha sonra, qrup şəklində kompüter vasitəsilə müxtəlif fobiyalar haqqında məlumat toplayıb, təqdimatlar hazırlayıblar. TESOL metodikasının tətbiqi dərsin həm effektiv həm də interaktiv keçməsinə imkan yaradıb. Açıq dərsin sonunda isə komandalar üzrə tələbələr qiymətləndirilib və ev tapşırığı verilib.







