Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin və Mingəçevir Regional Turizm İdarəsinin rəhbər heyətinin əməkdaşlıq məqsədilə görüşü həyata keçirilib

Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsin və Mingəçevir Regional Turizm İdarəsinin rəhbər heyətinin əməkdaşlıq məqsədilə görüşü həyata keçirilib. Görüşdə hər iki tərəf üçün vacib və perspektivli məsələlər müzakirə edilib, müxtəlif birgə layihələrin, proqramların həyata keçirilməsi, regionun turizm potensialının araşdırılması məqsədilə kollecdə Elmi Tədqiqat Bölməsinin yaradılması, lll MDB oyunları zamanı kollecin əməkdaşlarının və tələbələrinin aktiv iştirakı, kollecin təcrübə bazasının genişləndirilməsi və digər prioritet məsələlər müzakirə edilib. Görüş çərçivəsində birgə fəaliyyət planının hazırlanması qərara alınıb.




